Borca görə qonşusunu diri-diri yandırdı - Hindistanda dəhşət
Dünya
Hindistanın Patan şəhərində borc üstündə baş verən mübahisə faciə ilə nəticələnib. Bir kişi qonşusunu yandıraraq qətlə yetirib.
News24.az xəbər verir ki, bu barədə "The Times of India" nəşri məlumat yayıb.
Məlumata görə, qadın qonşusundan 5 min rupi borc alıb. Amma sonra o borcunu qaytara bilmədiyi üçün hər dəfə qonşusundan vaxt istəyib. Nəticədə tərəflər arasında müntəzəm mübahisələr yaranıb.
Növbəti dəfə mübahisə yarananda qadın tanışının evində olub. Borc verən kişi qadının olduğu ünvana gələrək özü ilə gətirdiyi tezalışan mayeni onun üstünə töküb və yandırıb.
Ağır yanıq xəsarətləri alan qadın alov içində küçəyə qaçıb. Ətrafdakı şəxslər alovu söndürərək təcili tibbi yardım çağırıblar. Yaralı xəstəxanaya çatdırılsa da, xəsarət ağır olduğu üçün həkimlərin onun həyatını xilas edə bilməyib.
Hadisəni törədən şəxs də yanıq xəsarətləri alıb. Hazırda o, xəstəxanada polis nəzarəti altında müalicə olunur. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.