Bosniya və Herseqovinada güclü zəlzələ oldu

Bosniya və Herseqovinada güclü zəlzələ oldu Dünya
Bosniya və Herseqovinada 5,7 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanların episentri Mostar şəhərindən 42 kilometr cənub-şərqdə, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.  /Trend.az/