Braziliya - işıqsız qaldı

Braziliya - işıqsız qaldı Dünya
Braziliyanın Mədən və Energetika Nazirliyi ölkədə geniş miqyasda elektrik kəsilməsinin baş verdiyini və insanların işıqsız qaldığını bildirib.

News24.az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin məlumatına görə, ölkədə 16 000 meqavat elektrik enerjisinin ötürülməsi dayanıb.

Sonradan başqa yerlərdən 6000 meqavat enerji paylanaraq enerji təchizatı qismən bərpa edilib. Hazırda ölkənin cənub və cənub-şərqində, eləcə də əksər şərq və mərkəzi rayonlarında elektrik enerjisinin verilişi tam bərpa edilib. Yeddi ştatın daxil olduğu ölkənin şimal bölgəsində enerji təchizatı 83%, doqquz şimal-şərq ştatında demək olar ki, 50% və dörd cənub-şərq ştatında demək olar ki, 20% azalıb.

Hadisəni araşdırmaq üçün hökumət komissiyası yaradılıb.
Günəş Mərd