Çin müharibəyə robotlar hazırlayır: humanoidlər döyüşə göndəriləcək

Çin müharibəyə robotlar hazırlayır: humanoidlər döyüşə göndəriləcək Dünya

Çin ordusu humanoid robotların hərbi məqsədlərlə hazırlanmasını sürətləndirir.

News24.az xəbər verir ki, "Reuters"in məlumatına görə, bu robotların gələcəkdə əsgərlərlə birlikdə döyüş əməliyyatlarında, o cümlədən binaların təmizlənməsində istifadə olunması nəzərdə tutulur.

Çinin hərbi qurumları humanoid robotların döyüşlərdə birbaşa iştirak edə biləcəyini bildirir. 2025-ci ildə isə Çin ordusunun Şərq Komandanlığı robotların Tayvanı əhatə edən hipotetik münaqişədə istifadə olunduğu görüntülər yayıb.

Ekspertlər hazırda bu texnologiyanın tammiqyaslı döyüşlər üçün yetərli olmadığını desələr də, 5-10 il ərzində robotların real döyüş sistemlərinə çevrilə biləcəyini istisna etmirlər.