Britaniya hökuməti Qəzzada atəşkəs çağırışlarını bir daha - RƏDD ETDİ

Britaniya hökuməti Qəzzada atəşkəs çağırışlarını bir daha - RƏDD ETDİ Dünya

Baş nazirliyin sözçüsü Londonda xarici jurnalistlər üçün keçirdiyi mətbuat brifinqində sualları cavablandırıb.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

İngiltərə Baş Nazirliyinin sözçüsü açıqlamasında Qəzzada atəşkəs çağırışlarını dəstəkləmədiklərini bir daha vurğulayaraq, mövcud vəziyyətdə mümkün atəşkəsin Həmas-ın xeyrinə olmasını istəmədiklərini iddia edib.

“İndiki mərhələdə bizim mövqeyimiz ondan ibarətdir ki, atəşkəsin HƏMAS-ın xeyrinə olmasını istəmirik”-deyə, o bildirib. 

Ülkər Abduahmanlı