Britaniya Moldova üçün hərəkətə keçdi

Britaniya Moldova üçün hərəkətə keçdi Dünya

Böyük Britaniya yerli hərbçilərə pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə taktikasını öyrətmək məqsədilə Moldovaya hərbi mütəxəssislər göndərəcək.

News24.az-ın məlumatına görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.

Bəyanatda bildirilib ki, Moldovaya PUA-lara qarşı mübarizə sahəsində ixtisaslaşmış britaniyalı hərbi ekspertlər göndəriləcək. Həmçinin vurğulanır ki, onlar Moldova Silahlı Qüvvələrinə PUA-lara qarşı mübarizə taktikasını öyrədəcəklər.