Britni Spirs qara siyahıya düşdü
Dünya
Amerikalı superulduz qeyri-münasib davranışa görə ABŞ-da beşulduzlu oteldən uzaqlaşdırılıb.
News24.az bildirir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
Belə ki, Britni “Four Seasons” otelində qonaqların “qəribə və yersiz davranışı” ilə bağlı çoxsaylı şikayətlərinə görə personalın “baş ağrısına” çevrilib.
Qeyd edək ki, müğənni uzun illərdir ki, dəbdəbəli otellər şəbəkəsinin daimi ziyarətçisi olub və ötən il o, artıq qara siyahıya düşsə də, tezliklə qərar dəyişdirilib.
Nəzrin