Brüssel kriptovalyutaya da əl atdı: Rusiya üçün yeni qadağa dalğası

Brüssel kriptovalyutaya da əl atdı: Rusiya üçün yeni qadağa dalğası Dünya

Avropa İttifaqı Rusiyaya məxsus kriptovalyuta platformalarını qadağan etməyi və Rusiya ilə əlaqəli kriptovalyuta əməliyyatlarını tam şəkildə dayandırmağı planlaşdırır.

News24.az xəbər verir ki, bu barədə “Financial Times” Avropa Komissiyasının Rusiyaya qarşı hazırlanmaqda olan yeni sanksiyalar paketinə dair sənədinə istinadən məlumat yayıb.

Bildirilib ki, Avropa İttifaqının 19-cu sanksiyalar paketi artıq kriptovalyuta birjalarına qarşı müəyyən tədbirləri nəzərdə tuturdu, lakin qəzetin yazdığına görə, bu dəfə Avropa Komissiyası daha radikal addımlar atmağı təklif edib.

Sənəddə qeyd olunur ki, sanksiyaların istənilən effekti verməsi üçün Avropa İttifaqı kriptoaktivlər sahəsində fəaliyyət göstərən hər hansı xidmət təminatçısı ilə əməkdaşlığı, eləcə də Rusiyada yaradılan və kriptoaktivlərin köçürülməsi və mübadiləsinə imkan verən istənilən platformadan istifadəni qadağan etməyi planlaşdırır.