Bu adada yalnız kişilər yaşayır

Bu adada yalnız kişilər yaşayır Dünya

Dünyada yalnız kişilərin yaşadığı və qadınların daxil olmasının qadağan edildiyi xüsusi bir ərazi mövcuddur.

News24.az xəbər verir ki, söhbət Yunanıstanda yerləşən Aynoroz (Müqəddəs Dağ) bölgəsindən gedir. Bura Halkidiki yarımadasında yerləşən muxtar pravoslav monastır icmasıdır.

Bölgədə təxminən min ildən artıqdır ki, yalnız kişi rahiblər yaşayır. “Avaton” adlanan qaydaya əsasən qadınların, hətta dişi heyvanların belə bölgəyə daxil olması qadağandır. Bu ənənə dini qaydalara əsaslanır və monastır həyatının qorunmasını təmin edir. Qaydanın pozulması qanunla da cəzalandırıla bilər.

Müasir dövrdə bu qadağa zaman-zaman gender bərabərliyi və insan hüquqları baxımından müzakirələrə səbəb olsa da, Aynoroz öz xüsusi dini statusunu qoruyub saxlayır.