Bu aviaşirkət fəaliyyətini dayandırdı

Bu aviaşirkət fəaliyyətini dayandırdı Dünya

Amerikanın böyük aşağı büdcəli aviaşirkəti olan “Spirit Airlines” ABŞ hakimiyyəti ilə maliyyə dəstəyi ilə bağlı razılığa gələ bilmədikdən sonra fəaliyyətini dayandırdığını elan edib.

News24.az xəbər verir ki, bu barədə aviaşirkətdən məlumat verilib.

Aviaşirkət bütün reyslərin ləğv edildiyini bildirib.

Qeyd edək ki, aprelin ortalarında “Bloomberg” agentliyi ABŞ-İsrail müharibəsi fonunda təyyarə yanacağının qiymətlərinin artması ilə əlaqədar “Spirit Airlines” aviaşirkətinin ləğv olunma ərəfəsində olduğunu bildirmişdi.

“Spirit Airlines” maliyyə vəziyyətini yaxşılaşdırdıqdan sonra aviaşirkətin 90%-ə qədərini almaq hüququ müqabilində ABŞ administrasiyasından təxminən 500 milyon dollar istəmişdi. “The Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ ticarət naziri Hovard Latnik və “Spirit Airlines” şirkətinin baş direktoru Deyv Devis 30 apreldə telefon danışığı apararaq aviaşirkətin maliyyələşdirmə təmin etmək və fəaliyyətini davam etdirmək üçün başqa variantının olmadığı qənaətinə gəlmişdilər. (Bakupost)