Bu cihaz vasitəsilə hərarət avtomatik - ÖLÇÜLƏCƏK - VİDEO

Bu cihaz vasitəsilə hərarət avtomatik - ÖLÇÜLƏCƏK - VİDEO Dünya
Çində polis, tibbi personal və nəqliyyat işçiləri indi yoldan keçənlərin temperaturunu bilmək üçün avtomatik ölçən "ağıllı" şlemlərdən istifadə edir. 

News24.az "hightech.fm" saytına istinadən xəbər verir ki, Çinin "KC Wearable" firması tərəfindən istehsal olunmuş şlemlərdə teplovizorlardan istifadə olunur ki, bu da təxminən 2 metr məsafədən temperaturu ölçməyə imkan verir. Çin hakimiyyəti bildirib ki, temperaturun məsafədən ölçülməsi koronavirus pandemiyası ilə mübarizədə istifadə edilə bilər. "KC N901" adlı "ağıllı" şlem "ARM" prosessor, əlavə edilmiş reallıq ekranı və infraqırmızı kamera ilə təchiz edilib.

Şlemin qiyməti 5-7 min dollar aralığında dəyişir.

Mühəndislər qeyd edirlər ki, şlemin dəqiqliyi 96% təşkil edir.