Üçtərəfli görüşlə bağlı bəzi təfərrüatlar açıqlandı – Yeniləndi

Üçtərəfli görüşlə bağlı bəzi təfərrüatlar açıqlandı – Yeniləndi Dünya

Əbu-Dabidə ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli görüşün bəzi təfərrüatları məlum olub.

News24.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Qeyd olunur ki, Ukrayna üzrə danışıqlarda bufer zonalar və nəzarət mexanizmləri müzakirə mövzuları arasındadır.

Bundan başqa, BƏƏ Prezidentinin nümayəndə heyətləri ilə görüşdüyü də bildirilir.

Məlumata görə, tərəflər danışıqları yanvarın 24-də davam etdirmək barədə razılığa gəliblər.

**

Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında rəsmi danışıqlara start verilib.

News24.az xəbər verir ki, bundan əvvəl tərəflər arasında qeyri-rəsmi görüşlər keçirilib.

Məlumata görə, Rusiya tərəfdən Əbu-Dabidə Dmitriyev iştirak edir. Uşakov isə daha əvvəl Rusiya nümayəndə heyətinə Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisi Kostyukovun rəhbərlik edəcəyini bildirib.

Ukrayna nümayəndə heyəti Rustem Umerovun rəhbərliyi altında fəaliyyət göstərir və 10 nəfərdən ibarətdir. Heyətə siyasətçilər, hərbçilər və diplomatlar daxildir.

ABŞ nümayəndə heyətinin tərkibində isə xüsusi nümayəndə Uitkoff, ABŞ Prezidentinin kürəkəni Kuşner və Sülh Şurasının baş müşaviri Coş Qrünbaum yer alır.