Trampdan Ukraynanı qəzəbləndirəcək AÇIQLAMA: - "Bu ərazilər Rusiyaya verilməli idi"

Trampdan Ukraynanı qəzəbləndirəcək AÇIQLAMA: - "Bu ərazilər Rusiyaya verilməli idi" Dünya

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, Ukraynanı qorumaq üçün rusdilli əhalisi olan rayonlar Rusiyaya verilməli idi.

News24.az-ın "TASS"-a istinadən məlumatına görə, o, "Just The News"-a müsahibəsində bildirib ki, mən bu barədə razılığa gələ bilərdim.

"Biz rus dilinə meyilli olan, insanların rusca danışdığı əraziləri Rusiyaya  verə bilərdik. O zaman ölkəni  xilas etmək mümkün olardı”  deyə, Tramp qeyd edib.

O  vurğulayıb ki, ABŞ prezidenti Co Bayden administrasiyasının mövqeyi, “üçüncü dünya müharibəsi” nə gətirib çıxaracaq.

Onun sözlərinə görə, əgər o, dövlət başçısı postunu saxlasaydı Ukrayna böhranının eskalasiyası baş verməzdi.

Ülkər ABDURAHMANLI