Bu heyvanlar yenidən koronovirus daşıyıcısı hesab olunur? - Əhalinin DİQQƏTİNƏ
Dünya
İlk dəfə heyvanlarda aşkarlanan koronavirus 2020-ci ildə bütün dünyanı bürüyüb.
Bu məsələ ilə bağlı araşdırmalar davam etsə də, pişiklərdə bağırsaq koronavirusu adlı xəstəliyin artmasına dair sübutlar mövcuddur.
News24.az "Habertürk"-ə istinadən xəbər verir ki, Balıkəsir Universiteti Baytarlıq Fakültəsinin rəhbəri, Daxili Xəstəliklər kafedrasının müdiri Prof. Dr. Ərdoğan Uzlu pişiklərdə koronairus nisbətinin yüzdə 30-dan 90-a yüksəldiyini açıqlayıb.
Koronavirusun heyvanlara təsirinin məlum olduğunu qeyd edən Prof. Dr.Uzlu deyib ki, koronavirusun pişiklərdə, xüsusən də heyvandarlıqda, ev heyvanlarında, itlərdə törətdiyi müxtəlif xəstəliklər, müxtəlif xəstəlik əlamətləri ilə tanışıq.
“Koronavirus RNT viruslar ailəsidir. Bu ona bəzi üstünlüklər verir. Xəstəlik, xüsusən də pişiklərdə mutasiya gücünə malikdir. Digər heyvan növlərində sadə ishala səbəb ola bilən bu virus pişiklərdə də sadə ishala səbəb ola bilər və mutasiya nəticəsində qan hüceyrələrində və orqanlarda mayenin yığılmasına səbəb olur. Bu, orqan çatışmazlığı və ya orqan zədələnməsi kimi ölümcül ola bilər. Son illərdə pişik populyasiyamız sosial həyatımızda əhəmiyyətli dərəcədə artmışdır.
Professor diqqətə çatdırıb ki, ilk növbədə heyvanlarımızı tanıdığımız yerdən, tanıdığımız heyvansevərlərdən almağa diqqət yetirilməliyik. Heyvanın sabitliyini yüksək səviyyədə saxlamaq üçün onun sağlamlığı üçün zəruri olan qulluq, tibbi müayinə və qidalanma şəraiti mümkün qədər qorunmalıdır.
Çünki həmin virusa yoluxmuş pişiklər insanlar üçün də yenidən təhlükə yarada bilər.
Ülkər ABDURAHMANLI