"Bu, İsrailin sonu olacaq" - Netenyahu
Dünya
“Siyasi rəqiblərimin seçkilərdə qələbəsi İsrail qüvvələrinin Livan, Qəzza və Suriyadan çıxmasına, Fələstin dövlətinin yaradılmasına və bununla da bizim ölkənin sonunun başlanmasına gətirib çıxaracaq”.
News24.az xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Qeyd edək ki, “Haaretz” qəzetinin hərbi mənbələrə istinadən yaydığı məlumata görə, Netanyahu 7 oktyabrdan sonra baş verən uğursuzluqlardan diqqəti yayındırmaq üçün İordan çayının qərb sahilində vəziyyəti qəsdən gərginləşdirir.