Bu məlumata görə 3 milyon dollar verəcəklər
Dünya
ABŞ Dövlət Departamenti İraqda ölkənin diplomatik obyektlərinə edilən hücumlarla bağlı məlumat verənlər üçün 3 milyon dollara qədər mükafat elan edib.
News24.az xəbər verir ki, bu barədə məlumat qurumun saytında yerləşdirilib.
“İraqda ABŞ-nin diplomatik obyektlərinə edilən hücumlarla bağlı məlumat üçün 3 milyon dollara qədər mükafat veriləcək. Əgər müvafiq məlumatınız varsa, bizimlə əlaqə saxlayın”, - deyə məlumatda qeyd edilib.
Bildirilib ki, Bağdaddakı ABŞ səfirliyi, Ərbildəki konsulluq və digər diplomatik obyektlər artıq hücumlara məruz qalıb. Bu mükafat həm əvvəlki hücumların araşdırılmasına, həm də gələcək hücumların qarşısının alınmasına yönəlib. /Tass