Bu ölkədə 6 yaşdan yuxarı uşaqlar - vaksinasiya olunacaq

Bu ölkədə 6 yaşdan yuxarı uşaqlar - vaksinasiya olunacaq Dünya
İndoneziyada dekabrın 24-dən etibarən 6 yaşdan yuxarı uşaqların koronavirus əleyhinə vaksinasiyasına başlanacaq.

News24.az xəbər verir ki, bunu İndoneziyanın səhiyyə nazirinin müavini Dante Saksono Harbuvono deyib.

"Əhalinin peyvənd edilməsi hədəfini 70%-ə çatdırsaq, 6-11 yaş arası uşaqların peyvənd edilməsinə başlaya biləcəyik", - nazir müavini qeyd edib.

Onun sözlərinə görə, vaksinasiyaya dekabrın 24-dən başlanacaq.

Xatırladaq ki, hazırda İndoneziyada əhalinin 37%-i koronavirusa qarşı tam peyvənd olunub. /Medicina.az/