Bu ölkə Alma-Ata Bəyannaməsindən çıxdı - Yeni qərar

Bu ölkə Alma-Ata Bəyannaməsindən çıxdı - Yeni qərar Dünya

Moldova Parlamenti MDB-nin yaradılması haqqında sazişdən və Alma-Ata Bəyannaməsindən çıxışı yekun oxunuşda təsdiqləyib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar aprelin 2-də qəbul edilib.

Əsasən, 8 dekabr 1991-ci ildə Minskdə imzalanmış Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında sazişin denonsasiyası və 21 dekabr 1991-ci ildə Alma-Atada imzalanmış ona dair protokolun ləğvi haqqında qanun layihəsi təsdiqlənib.