Bu ölkə prezidentinin oğlu qəzaya düşdü

Bu ölkə prezidentinin oğlu qəzaya düşdü Dünya

Sudan Respublikasının Suveren Keçid Şurasının sədri, general-leytenant Abdel Fattah Al-Burhanın oğlu Mohamed Abdel Fattah Al-Burhan Rəhman Ankarada qəzaya düşüb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, o idarə etdiyi motosikletlə avtomobilə çırpılıb.

Hadisə zamanı motosiklet aşıb və Rəhman yerə yıxılıb.

Ağır yaralanan Rəhman təcili yardım maşını ilə Bilkənd Şəhər Xəstəxanasına aparılıb.

Avtomobilin sürücüsü saxlanılıb.