Bu ölkə Qəzzada xəstəxana qurmaq - İSTƏYİR

Bu ölkə Qəzzada xəstəxana qurmaq - İSTƏYİR Dünya

İtaliya hökuməti Qəzza zolağında səhra xəstəxanası qurmaq istəyir.

News24.az xəbər verir ki, bu barədə İtaliya müdafiə naziri Qido Krosetto sosial media hesabında yazıb.

O bildirib ki, artıq Hərbi Hava Qüvvələrinin  daha bir təyyarəsi Qəzza zolağının əhalisi üçün yardım aparıb:

"Təyyarə artıq Misir hava limanına enib. Biz hazırda Qəzzada səhra xəstəxanası yaratmaq imkanını nəzərdən keçiririk”.