Bu ölkədə 250-dən çox uçuş ləğv edildi

Bu ölkədə 250-dən çox uçuş ləğv edildi Dünya

Hindistanın ən böyük aviaşirkəti "IndiGo" ekipaj çatışmazlığı, texniki nasazlıqlar və hava limanlarında sıxlıq səbəbindən 250-dən çox reysi ləğv edib.

News24.az xəbər verir ki, ləğv olunan uçuşlardan 33-ü Yeni Dehlidə, 68-i Heydərabadda, 85-i Mumbayda, 73-ü isə Banqalorda qeydə alınıb.

Səlahiyyətlilər yaxın saatlarda daha çox reysin təxirə salına biləcəyini bildirir. Sosial şəbəkədə yayılan görüntülərdə hava limanlarında yaranan izdiham əks olunub. Aviaşirkət, həmçinin, ekipaj üzvlərinin uçuş vaxtı məhdudiyyətləri səbəbindən ciddi kadr problemi yaşadığını açıqlayıb.