Bu ölkədə rus casusları - ƏLƏ KEÇDİ
Dünya
Böyük Britaniyada Rusiyaya casusluqda şübhəli bilinən üç nəfər həbs edilib və onlara qarşı ittiham irəli sürülüb.
News24.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Həbs edilənlər Bolqarıstan vətəndaşlarıdır.
Onların Rusiya xüsusi xidmət orqanlarında işlədiyi güman edilir.
Onlar saxta sənədlər saxlamaqda ittiham olunurlar.
Bu sənədlər arasında Böyük Britaniya, Bolqarıstan, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Sloveniya, Yunanıstan və Çexiyanın pasportları, şəxsiyyət vəsiqələri və digər sənədlər var.
Həmin şəxslərin adları da açıqlanıb:
Orlin Rusev, 45 yaş,
Bizer Cambazov, 41 yaş
Katrin İvanova, 31 yaş.
Hər üçü uzun illər Böyük Britaniyada yaşayıb, şəhərətrafı qəsəbələrdə işləyir və yaşayır, bir neçə dəfə ünvanlarını dəyişirlər.
Hər üçü yanvar ayında Londonda məhkəməyə çıxmalıdır.
Onlar indiyədək günahlarının olub-olmaması barədə heç nə açıqlamayıblar.
AYLİN