Bu ölkədə "Barbie" filminə - QADAĞA QOYULDU

Bu ölkədə "Barbie" filminə - QADAĞA QOYULDU Dünya
Əlcəzairdə premyeradan bir ay sonra "Barbie" filminin nümayişi qadağan edilib.

News24.az xəbər verir ki, bu barədə Associated Pressməlumat yayıb.

Əlcəzairin Mədəniyyət və İncəsənət Nazirliyi kinoteatrlara dərhal filmi geri götürmələri üçün xəbərdar edib. Qərarın səbəbləri isə məlum deyil. 

Qeyd edək ki, daha əvvəl Livan və Küveytdə homoseksuallığı təbliğ etdiyi üçün “Barbie” filmini qadağan etmək istəyirdilər.

Qumral