Baş nazir - İSTEFA VERDİ - FOTO

Baş nazir - İSTEFA VERDİ - FOTO Dünya
Latviyanın baş naziri Krisjanis Karins keçirdiyi mətbuat konfransında vəzifəsini tərk etdiyini açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə RUS.LSM.LV məlumat yayıb.

O, bildirib ki, istefa ərizəsini cümə axşamı ölkə prezidentinə təqdim edəcək.

Karins həmçinin bildirib ki, hakim Yeni Birlik partiyası hökumət başçısı vəzifəsinə yeni namizəd irəli sürmək üçün dəvət olunub.

Qeyd edək ki, Baş nazirin istefası ilə hökumətin tərkibində də dəyişiklik olacaq. Latviya qanunlarına görə, Nazirlər Kabineti hökumətin istefasından sonra Seyma (Parlament) yeni Nazirlər Kabinetinə etimad ifadə edənə qədər öz vəzifələrini yerinə yetirməyə davam edəcək.

Aynurə
Baş nazir - İSTEFA VERDİ - FOTO