Bu ölkədə güclü zəlzələ oldu
Dünya
İndoneziyanın Açe bölgəsinin cənub-qərbində yerləşən Simeulue adasında 6,6 maqnitudalı zəlzələ baş verib.
News24.az xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Sinabang şəhərinin təxminən 45 km şimal-qərbində olub. Yeraltı təkanlar təxminən 26 km dərinlikdə baş verib. Hadisə nəticəsində dağıtntı və tələfat qeydə alınmayıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.