Bu ölkədə müsəlmanlara qarşı dini ayrı-seçkilik rekord həddə çatdı

Bu ölkədə müsəlmanlara qarşı dini ayrı-seçkilik rekord həddə çatdı Dünya

Fransa Ombudsmanı “Dinə əsaslanan ayrı-seçkilik” adlı yeni hesabatını yayımlayıb.

News24.az xəbər verir ki, sənəd “İpsos” şirkətinin 2024-cü ildə ölkə üzrə 5 min nəfər arasında keçirdiyi sorğuya əsaslanır və Fransada xüsusilə müsəlmanlara qarşı dini ayrı-seçkiliyin artdığını göstərir.

Hesabatda bildirilir ki, dini zəmində ayrı-seçkilik çox vaxt müəyyən icmalara qarşı ləkələyici ritorikanın güclənməsi ilə “normallaşır”. Sorğu iştirakçılarının 7 faizi son beş ildə dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qaldığını deyib. Bu göstərici 2016-cı ildə 5 faiz olub.

Müsəlmanlara qarşı ayrı-seçkilik daha yüksək səviyyədədir. Müsəlman respondentlərin 34 faizi son beş ildə dininə görə ayrı-seçkiliyə məruz qaldığını bildirib. 2016-cı ildə bu rəqəm 27 faiz təşkil edib.