Bu ölkədə nağd ödənişlər dayandırılır

Bu ölkədə nağd ödənişlər dayandırılır Dünya

Hollandiya 2026-cı il yanvarın 1-dən 3.000 avrodan yuxarı nağd ödənişləri qadağan edəcək.

News24.az xəbər verir ki, daha yüksək məbləğli əməliyyatlar yalnız bank köçürmələri vasitəsilə həyata keçirilə biləcək.

Qaydalar bütün ticarət müəssisələrinə - mağazalar, elektronik məhsullar satılan dükanlar, avtomobil satışı, zərgər dükanlarına şamil olunacaq. Vətəndaşların gündəlik alış-veriş zamanı nağd ödənişləri isə qadağan edilməyib.

Hollandiya bu addımı Avropa İttifaqının 2027-ci ildən tətbiq edəcəyi 10.000 avro limitinin erkən versiyası kimi qiymətləndirir.