Bu ölkədə prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alındı

Bu ölkədə prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alındı Dünya

Akrika ölkəsi olan Burkina-Fasoda yüksək vəzifəli rəsmilərin, o cümlədən ölkə prezidenti İbrahim Traorenin öldürülməsini nəzərdə tutan sui-qəsd planının qarşısını alıb.

News24.az xəbər verir ki, bu barədə Burkina-Faso Təhlükəsizlik Naziri Mahamadu Sana məlumat verib.

Nazirin sözlərinə görə, əməliyyat yanvarın 3-də yerli vaxtla saat 23:00-a planlaşdırılıb. Hücumun hədəfləri hərbi qulluqçular, mülki şəxslər və dövlət başçısı olub.

Qeyd edilib ki, Traorenin öldürülməsi planı yaxın məsafədən və ya evinin partladılması yolu ilə həyata keçirilməsindən ibarət olub.

Prezident öldürüldükdən sonra cinayətkarlar pilotsuz uçuş aparatlarının bazasını sıradan çıxarmağı və xarici hərbi qüvvələrin iştirakı ilə yerüstü əməliyyat keçirməyi planlaşdırıblar.

Sana əlavə edib ki, hazırda istintaq və həbs əməliyyatları davam edir. Vəziyyət nəzarət altındadır. (RTB)