Bu ölkənin əhalisi ilə bağlı bədbin proqnoz

Bu ölkənin əhalisi ilə bağlı bədbin proqnoz Dünya

Almaniyanın əhalisinin 2050-ci ilə qədər təxminən, 5 faiz azalacağı proqnozlaşdırılır.

News24.az xəbər verir ki, bu məlumat “Ifo İnstitutu” tərəfindən açıqlanan araşdırmaya əsaslanır.

Proqnoza görə, ölkə əhalisi növbəti onilliklərdə təxminən 4 milyon nəfər azalaraq 79 milyon civarına düşə bilər. Mütəxəssislər bunu əsasən doğum səviyyəsinin aşağı olması, əhalinin qocalması və miqrasiya axınındakı dəyişikliklər ilə izah edirlər.

Araşdırmada bildirilir ki, əmək qabiliyyətli yaşda olan əhali təxminən 12 faiz azalacaq, eyni zamanda pensiya yaşındakıların sayı 20 faizdən çox artacaq. Bu isə ölkənin əmək bazarına, sosial təminat sisteminə və iqtisadi sabitliyinə ciddi təsir göstərə bilər.