Bu şəxslər çətin durumda: - Sərhədi keçə bilmirlər

Bu şəxslər çətin durumda: - Sərhədi keçə bilmirlər Dünya

Ukrayna Xarici İşlər Nazirliyi Rusiya-Gürcüstan sərhədində “ilişib qalan” 6 Ukrayna vətəndaşının geri qaytarılması üzərində işləyir. Söhbət əvvəllər işğal olunmuş, sonra isə Rusiya Federasiyasına aparılan vətəndaşlardan gedir.

News24.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna”-ya Ukrayna XİN-dən məlumat verilib.

“Xarici İşlər Nazirliyi Ukraynanın səlahiyyətli orqanları ilə birlikdə hazırda Rusiya-Gürcüstan sərhədində olan altı ukraynalının məsələsi ilə məşğul olur”, - məlumatda deyilir.

Qeyd olunub ki, bu vətəndaşlar Ukraynanın müvəqqəti işğal olunmuş ərazisində cəza çəkirdilər və Rusiya ordusu tərəfindən Rusiyaya aparılıblar: “İndi onların üzləri və məhkəmənin müəyyən etdiyi cəzanın çəkilməsinin hüquqi aspektləri yoxlanılır, onların Ukraynaya qayıtması məsələsi üzərində iş aparılır”, -.

“Novosti Georgia”nın məlumatına görə, altı ukraynalı artıq bir həftədir ki, Yuxarı Lars keçid məntəqəsinin bufer zonasındadır. Onlar Gürcüstana gedə bilmirlər və Rusiyaya qayıtmaqdan imtina edirlər.

Akqabay