"Bunun sonunu görürsünüz" – Tramp Avropaya müraciət etdi
Dünya
Avropa Qrenlandiya məsələsinə deyil, Ukraynadakı müharibəyə diqqət yetirməlidir.
News24.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “NBC News”a müsahibəsində bildirib.
“Avropa Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə fokuslanmalıdır, çünki açığı desək, bunun nə ilə nəticələndiyini görürsünüz”, – deyə Tramp vurğulayıb.
Jurnalistin ABŞ-nin Qrenlandiyanı ələ keçirmək üçün güc tətbiq edib-etməyəcəyi ilə bağlı sualına isə Tramp qısa cavab verib: “Şərh yoxdur”.