Büşra Bibi həbs edildi
Dünya
Pakistanın sabiq Baş naziri, hazırda həbsdə olan İmran Xan məhkəmənin qərarı ilə 17 il azadlıqdan məhrum edilib. Eyni hökm onun həyat yoldaşı Büşra Bibi barəsində də çıxarılıb.
News24.az xəbər verir ki, cütlük bahalı hədiyyələrin qanunsuz əldə edilməsi və korrupsiya ittihamları üzrə təqsirli bilinib. Məhkəmə hər iki şəxsə əlavə olaraq 16,4 milyon Pakistan rupisi məbləğində cərimə də tətbiq edib.
Qeyd edək ki, İmran Xan 2018–2022-ci illərdə Pakistanın Baş naziri olub və 2022-ci ildə etimadsızlıq səsverməsindən sonra vəzifədən uzaqlaşdırılıb. O, 2023-cü ildə də korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə 14 il həbs cəzası almışdı.