Cavab sualın içində imiş - Məşhur verilişdəki bu olay hər kəsi təəccübləndirdi

Cavab sualın içində imiş - Məşhur verilişdəki bu olay hər kəsi təəccübləndirdi Dünya

Oktay Kaynarcanın aparıcılığı ilə Türkiyənin ATV telekanalında yayımlanan “Kim Milyoner Olmaq İstər” şousunda iştirakçı Arifə Dəmirci verdiyi cavabla hər kəsi təəccübləndirib.

News24.az xəbər verir ki, müsabiqənin üçüncü sualı belə olub: “29 hərfli türk əlifbasında 21 samit var. Neçə səssiz hərf var?” Arifə Dəmirci tamaşaçıların 56%-nin seçdiyi “B-8” variantını seçib, lakin sualın düzgün cavabı “C-21” idi.

İştirakçı ilkin test suallarını rahat keçsə də, üçüncü sualda səhv cavab verdiyi üçün 5000 TL mükafatla yarışmadan kənarlaşdırılıb. Bu an həm studiyada, həm də tamaşaçılar arasında unudulmaz təəssürat yaradıb.