Cəbhədə kritik durum: - İran PUA-ları zərbələr endirdi
Dünya
Rusiya ordusu gecə saatlarında Ukrayna ərazisinə İran PUA-ları (“Şahid”) ilə zərbələr endirib.
News24.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Rusiya hücumda 28 “Şahid” tipli pilotsuz təyyarədən istifadə edib. PUA-lardan cəmi 4-ü salamat qalıb.
Bildirilib ki, Ukrayna hərbi aviasiyasının qüvvə və vasitələri 24 dronu məhv edib.
Ayşən