Ceffri Epşteyn işi üzrə yeni razılaşma: Zərərçəkənlərə kompensasiya ödənəcək
Dünya
Maliyyəçi Ceffri Epşteynin hüquqi varisi və onun iki şəriki Epşteyn tərəfindən zorakılığa məruz qaldığını bildirən təxminən 40 zərərçəkənə kompensasiya ödəməyə razılaşıblar.
News24.az xəbər verir ki, hələ razılaşma əldə olunmamış məhkəmə iddialarının həlli üçün onlar 35 milyon dollara qədər vəsait ödəməyə razılıq veriblər.
Qeyd olunur ki, bu məbləğ “Epşteyndən Zərərçəkənlərin Kompensasiya Proqramı” çərçivəsində 136 iddiaçıya ödənilmiş 121 milyon dollarlıq kompensasiyadan sonra veriləcək.
Qeyd edək ki, fevralın 15-də ABŞ Ədliyyə Nazirliyi "Epşteyn işi" üzrə faylların dərcini başa çatdırıb. Baş prokuror istintaq sənədlərində adı çəkilən 300 məşhur şəxsin adını açıqlayıb. Onların arasında Donald Tramp, Obamalar və Klintonlar, Bill Qeyts, İlon Mask, Kurt Kobein və Kim Kardaşyan da var. Nazirlik vurğulayıb ki, siyahıda adın çəkilməsi ittiham irəli sürülməsi və ya qanunsuz hərəkətin təsdiqi demək deyil.
Məlumat üçün bildirək ki, Ceffri Epşteyn 2002–2005-ci illərdə Nyu-Yorkun Manhetten bölgəsindəki evinə, eləcə də şəxsi adasına onlarla azyaşlı qızın gətirilməsini təşkil etməkdə ittiham olunub.
İstintaq müəyyən edib ki, dəvət edilənlərin arasında ən kiçiyinin yaşı 14 olub. 2019-cu ilin avqustunda maliyyəçi həbsxana kamerasında yarıhuşsuz vəziyyətdə tapılıb və onu xilas etmək mümkün olmayıb. (Bloomberg)