Çəkməsini ayının ağzına salıb xilas oldu

Çəkməsini ayının ağzına salıb xilas oldu Dünya

Rusiyada növbəti dəfə ayı insana hücum edib.

News24.az xəbər verir ki, hadisə Primork diyarında baş verib.

Artyom adlı kişi dostu ilə birlikdə meşəyə gedib.

Meşədə ayı ilə qarşılaşan şəxs əlindəki çantanı onun üzərinə ataraq qaçmağa başlayıb.

Buna baxmayaraq, heyvan ona çatıb, yanağının yarısını qoparıb və göz nahiyəsindən dişləyib.

Daha sonra isə çənə sümüyünü sındırmağa başlayıb.

Bu anda Artyom nə edəcəyini bilmədiyi üçün əllərini yırtıcının ağzına soxub və onu aralayıb.

Bir müddət sonra onlar yamacdan aşağı yuvarlanıblar və ayı zərərçəkənin qarnından tutmağa çalışıb, lakin o, ayağındakı çəkməni yırtıcının ağzına soxub.

Artıq müqavimət göstərməyə gücü qalmadığını başa düşən Artyom yırtıcının bədəninin digər hissələrini dişləməməsi üçün üçün kürəyi üstə uzanıb. Yırtıcı kişinin alnındakı dərinin bir hissəsini qoparıb və qısa müddət sonra yoxa çıxıb.

Bir müddət gözlədikdən sonra Artyom sürünərək avtomobilinə çatıb.

O, hazırda bərpa prosesindən keçir.

Artyom bildirib ki, ayı ilə qarşılaşmasına baxmayaraq, yenə də meşəyə getməyə davam edir, lakin özü ilə daha çox yoldaş götürür.