Cem Yılmaz reanimasiyaya yerləşdirildi
Dünya
Ürək spazmı keçirən türkiyəli məşhur komediya aktyoru və rejissor Cem Yılmazın son vəziyyəti açıqlanıb.
News24.az xəbər verir ki, tıxanmış damarın açılması üçün ona balon və stent müalicəsi tətbiq edilib.
Prosedurdan sonra reanimasiyaya yerləşdirilən Yılmazın ümumi səhhətinin yaxşı olduğu bildirilib.
Xəstəxanadan verilən açıqlamaya görə, aktyor qan durulducu prepaaratlarla müalicə alır. Səhhəti yaxşı olarasa, 24 saatlıq müşahidədən sonra palataya köçürülə bilər.
Onun bir neçə gün ərzində xəstəxanadan evə buraxılması gözlənilir.