"ChatGPT" 19 yaşlı tələbənin ölümünə səbəb oldu
Dünya
Kaliforniyada yaşayan 19 yaşlı Sem Nelson adlı tələbə "ChatGPT"dən aldığı təhlükəli maddə qarışıqları ilə bağlı tövsiyələrdən sonra həyatını itirib.
News24.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə onun anası Layla Törner-Skott məlumat verib.
Bildirilib ki, 18 aylıq yazışma tarixçəsinə əsasən, süni intellekt sistemi gənci müxtəlif maddələri qarışdırmağa yönləndirib və bu hərəkətlərin “təhlükəsiz” olduğu barədə ona arxayınlıq verib.
Sem Nelson mayın 31-də anası tərəfindən yataq otağında ölü tapılıb. İki həftə sonra açıqlanan toksikoloji hesabat ölüm səbəbinin ölümcül kombinasiyası olduğunu təsdiqləyib.
Müəyyən edilib ki, bu qarışım mərkəzi sinir sistemini həddindən artıq dərəcədə sıxışdıraraq boğulmaya (asfiksiya) səbəb olub.
Semin anası Törner-Skott bildirib ki, oğlunun ölüm səbəblərini anlamaq üçün onun internet tarixçəsini araşdırmağa 40 saat vaxt sərf edib.
"Chat GPT"nin yaradıcısı olan “OpenAI” şirkəti isə hadisəni faciəvi adlandıraraq ailənin ağrısını paylaşdıqlarını bildirən qısa açıqlama yayıb.
Bu hadisə süni intellekt sistemlərinin təhlükəsizlik baryerlərinin nə dərəcədə asanlıqla keçilə bilməsi və sağlamlıqla, narkotik maddə istifadəsi ilə bağlı mövzularda təhlükəli yanlış məlumat riski barədə müzakirələri yenidən alovlandırıb.