Çin ABŞ-yə "qırmızı xətlər"ini - açıqladı
Dünya
“Çin və ABŞ sabit ikitərəfli münasibətlər qurmaq niyyətindədir, Çin isə Vaşinqtonun hörmət etməli olduğu qırmızı xətlərə malikdir”.
News24.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van Yi San-Fransiskoda APEC sammiti çərçivəsində ABŞ prezidenti Co Bayden və Çin sədri Si Cinpin arasında keçirilən görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“Çinin qanuni maraqları və müdafiə edilməli olan prinsipial mövqeləri var. Bundan əlavə, qətiyyətlə müdafiə edilməli olan qırmızı xətlər var”, - o bildirib.
Yi xatırladıb ki, Tayvan məsələsi həmişə Çin-ABŞ münasibətlərində ən mühüm və həssas məsələ olub. Onun sözlərinə görə, ABŞ Çini cilovlamaq kursunu davam etdirsə, o zaman Çin öz suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qətiyyətlə müdafiə edəcək.
Ayşən