CNN jurnalistinin sualı Trampı özündən çıxardı – VİDEO
Dünya
ABŞ Prezidenti Donald Tramp mətbuat konfransı zamanı CNN-in jurnalisti Alayna Treenenin sualına sərt münasibət göstərib.
News24.az xəbər verir ki, jurnalist ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisində vəziyyətin pisləşməsi və ərzaq çatışmazlığı ilə bağlı iddiaları səsləndirib, lakin jurnalistin sualını tamamlamasına imkan verməyən Tramp onun sözünü kəsərək danışmağa davam etməsinə etiraz edib.
ABŞ Prezidenti CNN televiziyasını "saxta televiziya", jurnalisti isə "saxta müxbir" adlandırıb.