Çin və ABŞ kritik görüşə hazırlaşır - VİDEO
Dünya
Çinin xarici işlər naziri Van İ yanvarın 26-dan 29-dək Tailanda səfərdə olacaq.
RTV-nin xəbərinə görə, bunu adı çəkilən nazirliyin mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, səfər çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşün növbəti mərhələsi keçirilərək.
Xatırladaq ki, daha əvvəl Van İ və Ceyk Sallivan arasında gözlənilən görüş Ağ Ev tərəfindən təsdiqlənmişdi.