Çində kömür mədənində partlayış baş verib

Çində kömür mədənində partlayış baş verib Dünya


Çinin Şansi əyalətindəki kömür mədənində partlayış baş verib.

News24.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Hadisə nəticəsində beş nəfər ölüb, iki nəfər isə itkin düşüb.

Xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirirlər.