Çində növbəti dəfə güclü zəlzələ oldu
Dünya
Çində 5,5 bal gücündə zəlzələ baş verib.
News24.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Qeyd edək ki, 2 bal gücündə yeraltı təkanlar Almatıda da hiss olunub. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası bildirib.
Zəlzələnin episentri Çinin Almatı şəhərindən 257 km cənub-şərqdə yerləşib- məlumatda qeyd olunub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Mehriban Mirzəzadə