Çindən kritik xəbərdarlıq: Sərt tədbirlər başladı
Dünya
Çin Dövlət Təhlükəsizliyi Nazirliyi bəzi xarici ölkələrin ixrac nəzarətindən yan keçərək Çin mənbəli kritik minerallara, xüsusilə çıxış əldə etməyə çalışdıqlarını bildirərək qaçaqmalçılığa qarşı sərt tədbirlərin gücləndiriləcəyini açıqlayıb.
News24.az xəbər verir ki, nazirliyin bu barədəki xəbərdarlığı rəsmi "WeChat" hesabında paylaşılıb.
Bəyanatda qeyd olunur ki, bəzi xarici kəşfiyyat orqanlarının Çində fəaliyyət göstərən cinayət şəbəkələri ilə əməkdaşlıq etdiyi iddia olunur. Nazirliyin apardığı ilkin araşdırmalar nəticəsində iki ayrı qaçaqmalçılıq işi aşkar edilib:
Birinci işdə xaricdə yaşayan şəbəkə rəhbərinin Çində qurduğu ön şirkət vasitəsilə yerli istehsalçını maliyyələşdirərək yüksək saflıqda külçələrin ölkədən çıxartdırdığı, bunun üçün oğul və qardaş kimi yaxın qohumlardan istifadə edildiyi müəyyən edilib.
İkinci işdə isə külçələrin xaricə göndərilməsi üçün rəsmi sənədlərdə "hurda yük" kimi qeyd edilmiş qırıntılar içərisində gizlədildiyi və həyata keçirilən əməliyyatlarda külli miqdarda qaçaq mal ələ keçirildiyi bildirilir.
Aqil Qarayev