Çinli taikonavtlar Yerə qayıdırlar
Dünya
Çin dövlət mediasının verdiyi açıqlamaya görə, 3 Çinli taikonavt Yerə qayıdıb.
News24.az xəbər verir ki, Shenzhou-19 kosmik gəmisinin kapsulu Daxili Monqolustan Muxtar Bölgəsindəki Dongfeng eniş sahəsinə enib.
Çin İnsanlı Kosmik Proqram Agentliyinin (CMSA) verdiyi açıqlamaya görə, taikonavtlar Cay Shuji, Song Lingdong və Wang Haozini daşıyan "Shenzhou-19" kosmik gəmisi Qobi səhrasındakı Dongfing sahəsinə enib.
Bu gün səhər saatlarında kosmik stansiyanı tərk edən kapsul orbit ətrafında 5 dəfə dövrə vuraraq 7,5 saata Yerə çatıb.
30 oktyabr 2024-cü ildə "Shenzhou-19" kosmik gəmisi ilə kosmosa göndərilən taikonavt qrupu Tienqonq Kosmik Stansiyasında xidmət edən 8-ci komanda olub.
Komanda vəzifələrini aprelin 24-də "Shenzhou-20" servisi ilə stansiyaya göndərilən taikonavtlar Çın Dong, Çın Conqrui və Vanq Cie tərəfindən yaradılan yeni qrupa təhvil verib.
Qeyd edək ki, dünən planlaşdırılan geri dönüş reysi eniş yerində pis hava şəraiti səbəbindən təxirə salınıb.
Günel Məlikzadə