Çimərlikdə 20 yaşlı qıza hücum etdi- Britaniyada qorxunc olay

Çimərlikdə 20 yaşlı qıza hücum etdi-  Britaniyada qorxunc olay Dünya

Böyük Britaniyanın Brayton şəhərində yerləşən çimərlikdə 20 yaşlı gənc qıza qarşı cinsi zorakılıq törədilib.

News24.az xəbər verir ki, "The Sun" qəzetinin yaydığı məlumata görə, hadisə avqustun 5-də baş verib. İddialara əsasən, 28 yaşlı kişi çimərlikdə gənc qadına hücum edib.

Hadisədən sonra polis əraziyə cəlb olunub, çimərliyin bir hissəsi mühasirəyə alınıb və sübutların toplanmasına başlanılıb. İstintaq tədbirləri müddətində vətəndaşların hadisə yerinə daxil olmasına icazə verilməyib.

Hücumda şübhəli bilinən 28 yaşlı şəxs saxlanılıb və hazırda polis nəzarətindədir. Faktla bağlı araşdırma davam etdirilir.