Çin Qəzzada atəşkəsin effektiv tətbiqini tələb etdi
Dünya
Çin İsrailin Qəzza Zolağında hücumlarını davam etdirdiyi bir vaxtda atəşkəs rejiminin effektiv şəkildə həyata keçirilməsinə çağırıb.
News24.az "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian Pekində keçirdiyi mətbuat konfransında bölgədə vəziyyətin çox kövrək olduğunu qeyd edərək, sülhün mümkün qədər tez bərpa olunmasının vacibliyini vurğulayıb.
Oktyabrın 10-da qüvvəyə minən atəşkəs razılaşması fələstinli məhbusların əvəzində israilli girovların azad olunmasını, Qəzzanın yenidən qurulmasını və "HƏMAS"sız yeni idarəetmə mexanizminin yaradılmasını nəzərdə tutur. İsrailin hücumları nəticəsində 70 mindən çox insan, əsasən qadın və uşaqlar, həyatını itirib, 171 minə yaxın insan isə yaralanıb. Çin humanitar böhranın yumşaldılmasını və bölgədə sülhün bərpasını gözləyir.