Çində dəhşət: Ölənlər var
Dünya
Çində faciəvi hadisə baş verib.
News24.az xəbər verir ki, Çinin şimal-şərqində yerləşən Heilongjianq əyalətinin Hailin şəhərində binanın çökməsi nəticəsində 7 nəfər həyatını itirib.
Məlumata görə, hadisə gecə yarısı baş verib. Dağıntılar altında qalan 9 nəfərdən 7-si ölüb, 2 nəfər isə xilas edilərək xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin ağır olmadığı bildirilir.
Hadisə ilə bağlı araşdırma başlanıb.