Coli Ukraynada restoranda görüntüləndi - Foto

Coli Ukraynada restoranda görüntüləndi - Foto Dünya

Məşhur aktrisa Ancelina Coli Ukraynanın Poltava şəhərindəki bir restoranda görünüb.

News24.az xəbər verir ki, aktrisa və UNICEF-in xoşməramlı səfirinin görüntüləri həmin məkanın müştəriləri tərəfindən instaqramda paylaşılıb.

“Məşqdən əvvəl səhər yeməyi yemək üçün ora girmişdim və birdən qarşımda Ancelina Colinin oturduğunu gördüm. Tamamilə şoka düşdüm”, - videonu çəkən istifadəçi yazıb.

Qadın qeyd edib ki, Colinin şəklini çəkməyə icazə verilmirdi, lakin məşhur aktrisanın çəkilməsini konkret olaraq kimin qadağan etdiyini açıqlamayıb. (Qafqazinfo)

Coli Ukraynada restoranda görüntüləndi - Foto