Dağda itən 2 nəfərin cansız bədəni - TAPILDI
Dünya
Ağrı dağında çovğun zamanı yoxa çıxan 2 nəfərin cansız bədəni tapılıb.
News24.az xəbər verir ki, yerli bələdçi Bərzani Ceylan və bir dostu, əlverişsiz hava şəraiti səbəbindən itən 2 nəfəri tapmaq üçün gecə zirvəyə doğru qalxıb.
Axtarış nəticəsində Ceylan Dilək Gökbulak və Məhəmməd Halim Dalginin cansız bədənlərini 4900 metr yüksəklikdə tapıblar.
Qeyd edək ki, iyulun 20-də 5 min 137 metr yüksəklikdə Ağrı dağına qalxan qrupdan 2 nəfər, 5 min 50 metr yüksəklikdə duman və çovğun səbəbindən itmişdi.
Məryəm İlhamqızı